2 manata alınan vaza Çin imperatorlarına məxsus imiş

2 manata alınan vaza Çin imperatorlarına məxsus imiş

Böyük Britaniya sakini xırdavat bazarından aldığı vazanı sonradan 380 min funt sterlinqə (832 min manat) satıb.

"Daily Mail” xəbər verir ki, o vazanı 1 funt sterlinqə (2 manat) əldə edib, lakin qabın həqiqi dəyərini uzun müddət bilməyib.

Kredit Müraciəti
Britaniyalı "eBay” satış platformasında vazanı satmaq istədikdə ona daha çox pulun təklif olunduğu görüb və şübhələnib.   

O qabı mütəxəssislərə göstərib və onlar bildiriblər ki, vaza XVIII əsrdə Çin imperatoru Tsyanlun üçün hazırlanıb və onun dəyəri 80 min funt sterlinqdən (175 min manat) aşağı deyil.

Vazanı hərraca çıxarıblar və burada Çin vətəndaşı onu 380 min funt sterlinqə alıb.  /Oxu.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR