Kəmaləddin Heydərova məxsus bəzi otellərin adı dəyişdirildi (FOTO)
23 Oktyabr, 10:22   |    Baxış sayı: 1182

Kəmaləddin Heydərova məxsus bəzi otellərin adı dəyişdirildi (FOTO)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus "Qafqaz” otellər şəbəkəsinə daxil olan otellərdən biri fəaliyyətini dayandırdı, bəzilərinin isə adı dəyişdirildi.

Belə ki, dünəndən etibarən "Qafqaz” otellər şəbəkəsinə daxil olan və Lənkəran rayonunda fəaliyyət göstərən "Qafqaz Sahil Hotel” oktyabr ayının 20-dən fəaliyyətini rəsmən dayandırıb.

Şirkətdən Unikal.org-a verilən məlumata görə, şəbəkəyə məxsus bəzi otellərin adı isə dəyişdirilərək ”Kaspıa” olub.

Misal üçün Qəbələdə yerləşən "Qafqaz Yeddi Gozel Hotel"in adı dəyişdirilərək "Kaspıa Yeddi Gozel Hotel Gabala", Lənkəranda yerləşən "Qafqaz Sahil Hotel”in adı dəyişdirilərək "Kaspıa Sahil Hotel Lankaran" adı verilib.

Qeyd edək ki, "Gilan Holdinq”ə daxil olan "Qafqaz” otellər şəbəkəsinə 13 otel daxil olub və bu mülklərin sahibi isə Fövqəlada Hallar Naziri Kəmaləddin Heydərov olduğu deyilir.
 


©Unikal.org