Bakıdan Rusiyanın daha bir şəhərinə birbaşa reys açılır
13 Mart, 10:59   |    Baxış sayı: 131

Bakıdan Rusiyanın daha bir şəhərinə birbaşa reys açılır

"Ural Hava Yolları" aviaşirkəti 2019-cu il aprelin 5-dən etibarən Samara-Bakı-Samara marşrutu üzrə uçuşlara başlayır.

Bu barədə aviaşirkətin saytında bildirilir.

Qeyd olunur ki, birbaşa reyslər hər həftənin cümə günü "Airbus A320" təyyarəsi ilə həyata keçiriləcək. Minimal tarif bir istiqamətdə 97 avro (bütün ödənişlər daxil olmaqla) təşkil edəcək.
 
Uçuşlar aşağıdakı cədvələ uyğun olaraq həyata keçiriləcək: təyyarə Samaradan 13:10-da havaya qalxacaq, Bakıya saat 15:45-də çatacaq, əks istiqamətdə isə Bakıdan saat 16:45-də uçacaq, saat 19:10-da Samaraya çatacaq. //Report