Dövlət istiqrazları üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
14 Mart, 16:23   |    Baxış sayı: 106

Dövlət istiqrazları üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

19 mart 2019-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü - Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu - AZ0106005751

Emissiya həcmi - 15 000 000 AZN

Nominal dəyəri - 100 AZN

İstiqrazların tədavül müddəti - 1092 gün

Faiz ödənişləri (olduqda)

17 sentyabr 2019-cu il, 17 mart 2020-ci il, 15 sentyabr 2020-ci il, 16 mart 2021-ci il, 14 sentyabr 2021-ci il, 15 mart 2022-ci il

Faiz gəliri - 9 %

Ödəmə tarixi - 15.03.2022

Anderrayter - Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər” bölməsində yerləşdirilib.