Depozit hərracının nəticələri açıqlandı - MƏRKƏZİ BANK
15 Aprel, 12:08   |    Baxış sayı: 28

Depozit hərracının nəticələri açıqlandı - MƏRKƏZİ BANK

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən EkoNews-a bildirilib ki, aprelin 15-də bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 336,1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,70 faiz təşkil edib.