Son 24 saatda Azərbaycanda koronavirusa yoluxanların statistikası

Son 24 saatda Azərbaycanda koronavirusa yoluxanların statistikası

Azərbaycanda 517 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ekonews xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 15 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 980 koronavirus testi aparılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR