34 ay sonra yenidən 6 milyard manatı aşıb

34 ay sonra yenidən 6 milyard manatı aşıb

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin (əsasən istehlak kreditləri) cəmi məbləği yenidən 6 milyard manat səviyyəsini keçib. Ev təsərrüfatlarına verilən kreditlər sonuncu dəfə 2016-cı ilin Sentyabr ayında 6 milyad manatdan çox olmuşdu. Növbəti aylarda ev təsərrüfatlarına verilən kreditlər azalmış və 2018-ci ilin Yanvar ayında 4 milyard 523 milyon manatadək düşmüşdü. 2018-ci ilin əvvəlindən yenidən artım bərpa olunub və 2019-cu ildə daha da sürətlənib.
EkoNews Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 31 Avqust 2019-cu il tarixində ev təsərrüfatlarına verilən kreditlər 6 milyard 92 milyon manat təşkil edib. Ev təsərrüfatlarına verilən kreditlər İyul ayı ilə müqayisədə Avqustda 154 milyon manat, 2018-ci ilin sonu ilə müqayisədə 772 milyon manat artıb.

Avqust ayında cəmi kredit qoyuluşlarının 44%-i ev təsərrüfatlarına verilən kreditlərdən ibarət olub. 2018-ci ilin sonunda bu nisbət 41% idi.


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR