6 bankın qiymətli kağızlara investisiyaları azalıb

6 bankın qiymətli kağızlara investisiyaları azalıb

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-nin aktivlərində son 1 ildə qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 6-da fond bazarında investisiyaların illik dinamikası mənfi olub.

EkoNews xəbər verir ki, həmin banklar "Yapı Kredi Bank Azərbaycan", "Unibank", "AFB Bank", "Rabitəbank", "Nikoyl Bank" və "Turan Bank"dır. Ən çox azalma "Turan Bank"da (61,2%), ən az azalma isə " Yapı Kredi Bank Azərbaycan"da (27,8%) qeydə alınıb.
 
3 bankda - "Atabank", "Zıraat Bank Azərbaycan" və "Bank BTB"də qiymətli kağızlara investisiyalar dəyişməyib.
13 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "Bank of Baku", "Access Bank", "Express Bank", "Bank Respublika", "Kapital Bank", "PAŞA Bank", "Azər-Türk Bank", "Bank Avrasiya", Pakistan və İran Milli Banklarının Bakı filialları, "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı" və "Bank VTB Azərbaycan"dır. Ən yüksək dinamika "Bank of Baku"da (8 dəfə), ən aşağı dinamika isə "Bank VTB Azərbaycan"da (1,3%) qeydə alınıb.
8 bank - "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.
 
4 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur
Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Bunlar "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank"dır.
Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 100 milyon manardan çoxdur. Bunlar "PAŞA Bank" (1 293,902 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 191,575  milyon manat), "Kapital Bank" (698,324 milyon manat) və "Xalq Bank" (185,088 milyon manat). 
 
Qiymətli kağızlara investisiyaların məbləği 14 bankda 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır. /Renkinq 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR