92 qəpikdən 21 manatadək... Dünya şəhərlərində - 1 bakal pivənin qiyməti

92 qəpikdən 21 manatadək... Dünya şəhərlərində - 1 bakal pivənin qiyməti

Rusiyanın "Arqumentı i faktı” saytı dünyanın ayrı-ayrı şəhərlərində pivənin satış qiyməti ilə bağlı infoqrafika hazırlayıb.

EkoNews xəbər verir ki, 0,5 litr (1 bakal) içkinin ən ucuzu Venesuelanın paytaxtı Karakas şəhərində (0.92 AZN), ən bahalısı isə Qətərin paytaxtı Doha şəhərində satılır (20.66 AZN).

Digər şəhərlərdə isə vəziyyət belədir: Xanoy (Vyetnam) – 1.44 AZN, Laqos (Nigeriya) – 1.62 AZN, Voronej (Rusiya) – 2.09 AZN, Minsk (Belarus) – 2.51 AZN, Praqa (Çexiya) – 2.85 AZN, Dehli (Hindistan) – 2.95 AZN, Rio-de-Janeyro (Braziliya) – 3.22 AZN, Lima (Peru) – 3.48 AZN, Zaqreb (Xorvatiya) – 3.74 AZN, Moskva (Rusiya) – 3.92 AZN, Banqkok – (Tayland) – 4.39 AZN, İstanbul (Türkiyə) – 4.97 AZN, Riqa (Latviya) – 5.52 AZN, Seul (Cənubi Koreya) – 5.60 AZN, Münhen (Almaniya) – 6.98 AZN, Amsterdam (Niderland) – 8.26 AZN, Ottava (Kanada) – 8.81 AZN, Milan (İtaliya) – 9.20 AZN, Melburn (Avstraliya)  – 10.17 AZN, London (Böyük Britaniya) – 10.38 AZN, Kopenhaqen (Danimarka) – 11.09 AZN, Nyu-York (ABŞ) – 11.69 AZN, Paris (Fransa) – 11.97 AZN, Tel-Əviv (İsrail) – 14.22 AZN, Oslo (Norveç) – 15.69 AZN, Reykyavik (İslandiya) – 16.11 AZN. /Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR