AAYDA-ya 850 min manat ayrıldı (SƏRƏNCAM)

AAYDA-ya 850 min manat ayrıldı (SƏRƏNCAM)

Prezident İlham Əliyev "Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

EkoNews xəbər verir ki, sərəncamla Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 850 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR