ABŞ-ın ən varlı ailəsinin qazancı hər saata 4 milyon dollar olub

ABŞ-ın ən varlı ailəsinin qazancı hər saata 4 milyon dollar olub

ABŞ-ın ən zəngin ailəsi Valtonların sərvəti bir il ərzində 39 milyon dollar artıb.

EkoNews xarici metbuata istinadən xəbər verir ki, dünyanın ən böyük pərakəndə ticarət şirkəti "Walmart”ın sahibi olan Valton ailəsinin sərvəti 1 il ərzində 152 milyard dollardan artaraq 191 milyard dollar olub. 

Hesablamalara əsasən, "Walmart”ın qurucusu Sem Valtonun varisləri bir dəqiqədə 70 min dollar, 1 saatda 4 milyon dollar qazanıb. Günlük qazancları isə 100 milyon dollara yaxın olub.

Qeyd edək ki, ABŞ-ın ən zəngin 0,001 hissəsinin malik olduğu sərvət böyük böhranın yaşandığı 1929-cu ildən bəri ən yüksək həddə çatıb. Bütün dünya üzrə isə ən zəngin 25 ailənin sərvəti ötən ildən bəri 250 milyard dollar, yəni 24% artaraq 1,2 trilyon dollara çatıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR