ABŞ neft hasilatından yeni rekord

ABŞ neft hasilatından yeni rekord

ABŞ-da neft və kondensat hasilatı aprel ayında sutkalıq 12,2 milyon barrelə çatıb.
EkoNews-un məlumatına görə, bu göstərici ilə keçən ilin avqustunda ölkədə qeyd alınan 11 barrel maksimum həddi üstələnib.

Yeni rekorda Amerika Birləşmiş Ştatlarındakı iki neft vilayətləri - şişt hasilatının mərkəzi olan Texas ştatı və şelf layihələrinin cəmləşdiyi Meksika körfəzi sayəsində nail olunub. Beləki, Texas şirkətləri ümumən aprel ayında 4,97 milyon b/s, Körfəzdəki layihələr isə 1,98 milyon b/s hasilat edib.

Qeyd edək ki, aprel ayında hasilat rekordu Oklahoma şatında da qeydə alınıb - 617 min b/s.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR