Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarların sayı artırıldı (FOTO)

Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarların sayı artırıldı (FOTO)

Sərnişin sıxlığının artması ilə əlaqədar bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq.

Ekonews xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb. 

Məlumata görə, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq. Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.

Qeyd edək ki, bu qatarlar yalnız iş günlərində işləyəcəklər.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR