“AccessBank”ın yeni səhmdarlarının adları və payları - SİYAHI
14 Mart, 10:56   |    Baxış sayı: 165

“AccessBank”ın yeni səhmdarlarının adları və payları - SİYAHI

"AccessBank”da əmanəti və hesabı olanlar gecələr rahat yata bilərlər. Bu gün Bankın yenidən kapitallaşmasının yekunlaşdığı elan edildi. Bankın nizamanamə kapitalı 184 milyon manat artaraq 258 milyon manata çatdırılıb.

Xəbər verdiyimiz kimi, 15 Noyabr 2018-ci il tarixində bir qrup investorlar arasında bankın kapitallaşması ilə bağlı saziş imzalanmışdı. Sazişin  "AccessBank”a 184 milyon manat məbləğində sərmayənin yatırılmasını nəzərdə tutduğu, bu vəsaitdən 118,5 milyon manatının Bankın nizamnamə kapitalının artırılmasına yönəldiləcəyi və bunun nəticəsində səhmdar kapitalın 258 milyon manata çatacağı açıqlanmışdı.

Bu gün Bakıda keçirilən tədbirdə Bankın yeni səhmdarlarının adları və payları açıqlanıb. "AccessBank”ın səhmdarlarının sayı 6-dan 13-ə yüksəlib. 

"AccessBank"ın indiyədək səhmdarları və payları aşağıdakı şəkildə idi:

1. Qara Dəniz Ticarət və İnkişaf Bankı - 20%

2.Avropa Yenidənqurma və İnkişaf Bankı - 20%

3.Beynəlxalq Maliyyə Korporasiyası - 20%

4. KfW İnkişaf Bank - 20%

5. Access Microfinance Holding AG - 16,53%

6. LFS Financial Systems GmbH - 3,47%

"AccessBank" səhmdarlarının yeni tərkibində Avropa Yenidənqurma və İnkişaf Bankının, "Access Microfinance Holding AG"nin, KfW İnkişaf Bankının  və "LFS Financial Systems GmbH"nin adları yoxdur. 

Səhmdarların yeni pay bölgüsü aşağıdakı kimidir:

- Asiya İnkişaf Bankı - 19.90%;
- Avropa İnvestisiya Bankı - 17.39%;
- Beynəlxalq Maliyyə Korporasiyası - 16.56%;

responsAbility tərəfindən odarə edilən investisiya fondları:

- responsAbility SICAV (Lux) - 2.91%
- responsAbility Management Company S.A. - 7.11%
- Hollandiya İnkişaf Bankı (FMO) - 9.41%;
- Avstriya İnkişaf Bankı - 9.17%;
- SIFEM AG - 8.89%;
- EFSE - 2.78%
- Symbiotics SICAV (Lux.) - 2.27%
- GGF - 1.77%
- LFS Advisory GmbH - 1.27%
- Qara Dəniz Ticarət və İnkişaf Bankı - 0.58% 

Tədbirdə "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov Bankın nizamnamə kapitalının artırılmasının başa çatdığını elan edib. //Marja.az