ADY Gəncə-Bakı reysində dəyişiklik etdi
23 Mart, 11:21   |    Baxış sayı: 87

ADY Gəncə-Bakı reysində dəyişiklik etdi

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib. 

Belə ki, 25.03.2019-cu il tarixində Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir. Qeyd edək ki, qatar Gəncədən saat 18-00-da yola düşəcək və Bakıya saat 22-15-də çatacaq. 

Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə ötən ilin dekabrın 29-da start verib. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. //Report