“Airbus” şirkəti 30 milyard dollarlıq 2 müqavilə imzalayıb

“Airbus” şirkəti 30 milyard dollarlıq 2 müqavilə imzalayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən avia-şouya qatılmış Avropanın təyyarə istehsalçısı – "Airbus” şirkəti 30 milyard dollarlıq 2 kommersiya müqaviləsi imzalayıb.

EkoNews bu barədə Report-a istinadən xəbər verir.

Məlumata görə, müqavilələrdən biri BƏƏ-nin "Emirates” aviaşirkətinə 16 milyard dollar dəyərində 50 ədəd geniş gövdəli sərnişin təyyarəsinin, digər müqavilə isə BƏƏ-nin "Air Arabia” aviaşirkətinə 14 milyard dollar dəyərində 120 ədəd dar gövdəli sərnişin təyyarəsinin satılmasını nəzərdə tutur. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR