AKB Toplu Sorğu Xidmətini istifadəyə verəcək

AKB Toplu Sorğu Xidmətini istifadəyə verəcək

"Azərbaycan Kredit Bürosu” MMC (AKB) bu ilin sonuna qədər Toplu Sorğu Xidmətini istifadəyə verəcək.

EkoNews xəbər verir ki, bu barədə şirkətin direktoru Elçin Həbibov Bakıda keçirilən "Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda 6-cı İnvestorlar Yarmarkası çərçivəsində təşkil olunmuş "Rəqəmsal Erada Risklərin İdarə Olunması Perspektivləri” mövzusunda plenar sessiyada məlumat verib.

Onun sözlərinə görə, yeni xidmət kredit təşkilatlarına eyni vaxtda 5-10 min sorğunu Büroya ünvanlamağa imkan verəcək.

E.Həbibov onu da deyib ki, rəhbərlik etdiyi qurumun bütün xidmətləri tam rəqəmsallaşdırılıb.

"Bu ilin ilk 8 ayında AKB-yə təxminən 1,9 milyon skorinq sorğusu daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,5% çoxdur”, - deyə direktor əlavə edib. 

Xatırladaq ki, AKB ötən il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - "Azərbaycan Beynəlxalq Bankı, "Bank Respublika”, "Xalq Bank”, "Kapital Bank”, "PAŞA Bank”, "Rabitəbank”, "Unibank” və "Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR