Alimlər Wi-Fi siqnalları vasitəsilə insanı identifikasiya edən texnologiyanı yaradıblar (VİDEO)

Alimlər Wi-Fi siqnalları vasitəsilə insanı identifikasiya edən texnologiyanı yaradıblar (VİDEO)

ABŞ-dan olan alimlər aşkar ediblər ki, Wi-Fi siqnalından istifadə edən zaman insanın müəyyən binada və ya divar arxasında olub-olmamasını təyin etmək olar. Bunun üçün mühəndislər sadəcə olaraq antenlərə sahib ötürücülərdən istifadə ediblər. Tədqiqatın müəllifləri əmindirlər ki, bu cür üsul nəzarət kameralarını əvəz edəcək. Bu barədə Digitaltrends saytı xəbər verib. Wi-Fi router tərəfindən buraxılan radiosiqnallar sözün əsl mənasında divarın o tərəfini görməyə imkan verir.

Tədqiqatçllar bu cür dalğaların özəlliklərindən istifadə ediblər. Belə ki, bu cür dalğalar insan bədənindən keçmirlər. Wi-Fi siqnallarını qəbul edən texnologiyaya sahib qəliz olmayan qurğunu quraşdırandan sonra tədqiqatçılar təyin edə biliblər ki, insan divarın o tərəfində hansı zamanda keçir. Bu texnologiyanın lazımi səvyyədə təkmilləşdirilməsi nəticəsində insanın üzünü və onun hərəkət özəlliyini təyin etmək olar. Hal hazırda alimlər bu texnologiyanın alqoritmlərini təkmilləşdirillər ki, onu polis məntəqələrində, avtomobillərin mühafizə sistemlərində və digər sahələrdə istifadə etmək mümkün olsun. /Technote.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR