Almaniyanın “Commerzbank

Almaniyanın “Commerzbank"ı Azərbaycanın 6 bankı ilə əlaqələri var

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) "Commerzbank AG”nin (Almaniya) nümayəndə heyəti ilə görüş keçirilib.

EkoNews xəbər verir ki, görüş zamanı Palatanın fəaliyyəti və bank sektorunda mövcud vəziyyət, maliyyə sektorunun inkişafına dair görülmüş işlər, çirkli pulların yuyulması ilə mübarizə və komplayens, eləcə də digər məsələlər müzakirə olunub.

Palatanın baş icraçı direktoru İbrahim Alışov bildirib ki, hazırda iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, bank sektorunun da aktivliyi bərpa olunub, artım trendi davamlı dinamika nümayiş etdirir. Bildirilib ki, Azərbaycanda iqtisadi artım tempi beynəlxalq təşkilatlar və reytinq agentliklərinin proqnozları ilə uyğunluq təşkil edir.

Yerli banklarla müxbir münasibətlərin inkişaf perspektivlərinə toxunan "Commerzbank AG”nin nümayəndə heyətinin rəhbəri Holger Kautzky çıxışı zamanı bildirib ki, təmsil etdiyi qurumun Azərbaycan Mərkəzi Bankından əlavə 6 bankla müxbir münasibətləri mövcuddur. Cənab Kautzky komplayens tələblərinin beynəlxalq standartlara uyğunluğunu, eyni zamanda PL/TMM Qanunun tələblərinin yerinə yetirilməsi çərçivəsində həyata keçirilən tədbirləri, daxili nəzarət sistemlərinin effektivliyinin artırılması istiqamətində Palata tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və Azərbaycan bankları ilə müxbir münasibətlərin daha da inkişaf etdirilməsi üçün birgə əməkdaşlıq etmək niyyətini bildirib.

Bundan əlavə, görüş zamanı sektorun digər aktual məsələləri də müzakirə edilib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR