"Amazon"un yeni məhsulları etiraza səbəb oldu - Foto

Elektron ticarət nəhəngi olan "Amazon" və satışa çıxardığı məhsullar növbəti dəfə etirazlara səbəb olub. 
 
EkoNews xarici mediaya istinadən xəbər verir ki, "Amazon"un Milad aksesuarları kimi satışa çıxartdığı əşyalar arasında Polşanın "Auşvitz" həbs düşrgəsinə aid görüntülər insanların etirazına səbəb olub.
 
Milyonlarla insanın ölümünə səbəb olan qatarların və düşərgədəki kazarmaların təsvir olunduğu əşyalar arasında Milad bəzəkləri, həmçinin şüşə açanlar və mousepadlarda yer alıb.
 
Hazırda muzey kimi fəaliyyət göstərən düşərgə rəsmi "Twitter" hesabında "Amazon" tərəfindən düşərgəyə aid görüntülər olan şəkil və əşyaların satışa çıxarılmasının doğru olmadığı və bir şüşə açan üzərində bu təsvirlərin yer almasının narahatlığa və hörmətsizliyə səbəb olduğu qeyd olunub.
 
Qeyd edək ki, Polşada yerləşən "Auşvitz" hərbi düşərgəsi İkinci Dünya Müharibəsi dövründə nasist Almaniyası tərəfindən yaradılıb sonradan isə muzeyə çevrilib.
 

Günay


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR