AMB depozit hərracında 350 mln. manat cəlb etdi

AMB depozit hərracında 350 mln. manat cəlb etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün depozit hərracında 350 mln. manat cəlb edib. Bu barədə EkoNews-a AMB-dən məlumat verilib.

"Mərkəzi Bank sentyabrın 10-da keçirilən hərracda 350 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 672,5 mln. manat təşkil edib. Orta ölçülmüş faiz dərəcəsi 8,01% səviyyəsində qalıb”, - deyə məlumatda bildirilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR