"Android"in Azərbaycanda bazar payı azalıb

Bu ilin sentyabr ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı avqust ayı ilə müqayisədə 2,4 faiz bəndi azalıb.

EkoNews Apa-a istinadla xəbər verir ki, oktyabr ayının 1-nə "Android"in ölkənin əməliyyat sistemi bazarında olan payı 47,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 5,2 faiz bəndi azdır.

Son bir ay ərzində "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 3,3 faiz bəndi artaraq oktyabr ayının 1-nə 38,5% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 6,1 faiz bəndi çoxdur. "Microsoft"un proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 6,9% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin sentyabr ayında avqust ayı ilə müqayisədə 0,27 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,97 faiz bəndi azalıb.

Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 3,06%, naməlum əməliyyat sistemləri – 2,42%, "Linux" – 0,95% və s.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR