“Apple” dizaynerinin hazırladığı brilyant üzük SATIŞDA - QİYMƏTİ

“Apple” dizaynerinin hazırladığı brilyant üzük SATIŞDA - QİYMƏTİ

"Apple” şirkətinin baş dizayneri Coni Ayv şirkətin sənaye dizayneri Mark Nyuson ilə birgə tamamən brilyantdan və dəyəri 150 min dollar  olan üzük yaradıb.
 
Üzük "Sotheby's” hərracında satılacaq və satışdan əldə edilən gəlir isə HİV və QİÇS ilə mübarizəyə sərf ediləcək. 
 
Üzük xüsusi olaraq "Sotheby's” hərrac evinin keçirdiyi hərrac üçün yaradılıb. Hərrac dekabr ayının 5-də Mayamidə keçiriləcək, hərrac evi üzüyü 150-250 min dollar arası qiymətə satacağına ümid edir.
 
"Sotheby's” hərrac evinin saytındakı təsvirə görə, üzük bir neçə min daş ilə bəzədilib, onların bəzisi cəmi yüz mikrometrdir.
 
(İnsider.az, Səbinə Səmidxan)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR