Apple Rusiya şirkətindən AirTag ticarət nişanını aldı

Apple Rusiya şirkətindən AirTag ticarət nişanını aldı

Apple Rusiyanın ISBC adlı şirkətlər qrupundan AirTag adlı ticarət nişanını alıb. Bu barədə Vc.ru saytı xəbər verib. Bugün ISBC şirkətlər qrupu elan etdi ki, o, AirTag ticarət nişanı üzrə hüquqların digər şirkətə verilməsi yolunda beynəlxalq müqavilə bağlayıb. Müqavilənin dəyəri və sözügedən ticarət nişanının kim tərəfindən alınması barədə məlumat verilməyib. Lakin müqaviləyə yaxın olan mənbənin verdiyi məlumata əsasən bu məhz Apple şirkətidir. Apple isə öz növbəsində məsələyə fikir bildirməyib.

"Konfidensiallıq şərtləri bizə bu müqavilənin detallarını söyləməyə imkan vermir. Lakin biz əminik ki, biz tərəfdən düşünülən və beynəlxalq arenada qeydiyyatdan keçirilən AirTag ticarət nişanının gələcəyi parlaq olacaq və yaxın zamanda bütün dünya bu ad altında təqdim olunacaq məhsulu görəcək və onu sevəcək” – deyə ISBC şirkətlər qrupu qeyd edib. Qed etmək lazımdır ki, ISBC şirkəti AirTag brendi altında RFID nişanlara sahib xüsusi breloklar hazırlayırdı. Həmin breloklar isə ofislərə, fitnes mərkəzlərə, istehsalat müəssisələrinə və hətta tədbirlərə daxil olmaq imkanını verirdi.

Bundan sonra həmin məhsullar ISBC brendi altında satışa çıxacaqlar. Məlumatda qeyd olunub ki, Apple şirkətinin bu ticarət nişanını almasının əsas səbəbi ondadır ki, şirkət müxtəlif əşyaların yerlərinin təyin olunması üçün AirTag adlı tracker aksessuar üzərində çalışır. Bu cür məhsul barəsində ilk məlumatlar hələ avqust ayının sonunda ortaya çıxmışdı. Bir neçə gün bundan öncə isə iOS 13.2 əməliyyat sisteminin kodunda AirTag adına rast gəlinmişdi. /Technote

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR