“Apple” sabah yeni “iPhone” modelini təqdim edəcək – Üstünlükləri

“Apple” sabah yeni “iPhone” modelini təqdim edəcək – Üstünlükləri

"Apple” sentyabrın 10-da, Kaliforniyada yeni modeli olan "iPhone 11”-i təqdim edəcək.

Konfransda "iPhone” ilə birlikdə yeni iOS versiyası iOS 13-də elan ediləcək.

iOS 13 ilə birlikdə gələcək yeni funksiyalar

"Apple”dan deyiblər ki, iOS 13 bundan öncəki versiyalardan daha sürətli olacaq. Bundan sonra yeniləmələr 60% nisbətində, yükləmələrin isə 50% nisbətində daha tez olacaq. Üz tanıma sistemi isə daha öncəki iOS-lara görə, 30% daha sürətli olacaq.

macOS-dən sonra, iOS-a da qaranlıq mode gəlir.



"Apple” ötən il macOS-ə qaranlıq modu High Sierra ilə birlikdə əlavə etmişdi.

iOS 13-lə bərabər qaranlıq mode, "iPhone” lara da gəlir. Xatırlatmalar, fotolar kimi internfeysdə də istifadə olunacaq qaranlıq mod artıq daha qaranlıq olacaq.

iOS-ə yeni kamera modları



iOS 13 ilə bərabər yeni kamera modları da gəlir. Yeni versiyada portret modunda aydınlatmanın çoxluğunu artıra və ya azalda bilərsiniz. Həmçinin yeni versiyaya

"High-Key Mono” adlı funksiya da gəlir. Bu funksiya ilə rəng estetiği artırılan bir "iPhone” qarşımızda olacaq.

Daha inkişaf etmiş memojilər



iOS 12-lə yaradılan memojilər, şəxsin öz animasiya xarakterini yaratmasına kömək olurdu. iOS 13 ilə memojilər artıq daha çox şəxsiləşdiriləcək. Memojiler üçün yeni başlıqlar və eynəklər də gəlir. Həmçinin memojilərə aid etiketlər də istifadəçilərin ixtiyarında olacağı gözlənilir.

"Apple”ın konfransını "YouTube” üzərindən canlı izləmək mümkün olacaq. Konfransa bir gün qalmış artıq iPhone 11 və iOS 13 üçün gözlərimiz "Apple”da.

Baxaq görək "Apple” bizə nə təqdim edəcək. /Facemark.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR