“Apple” şirkəti şüşədən hazırladığı kompüteri patentləşdirmək istəyir

“Apple” şirkəti şüşədən hazırladığı kompüteri patentləşdirmək istəyir

"Apple” şirkəti bir parça şüşədən hazırlanmış kompüter üçün patent almaq qərarına gəlib.

EkoNews xəbər verir ki, rəsmlərə və diaqramlara görə, bu kompüteri əymək və ya MacBook ilə birləşdirmək mümkün olacaqdır.

Görünüşcə bu kompüter iMac-a bənzəsə də, ekran və klaviaturası əyilmiş şüşə parçası üzərində yerləşdirilib.

Müəlliflərin sözlərinə görə, şüşədən hazırlanmış bu kompüterin klaviaturası ya ənənəvi, ya da virtual düymələri nəzərdə tutur. Bu o deməkdir ki, istifadəçilər birbaşa şüşə üzərində mətn yığa biləcəklər.

Mütəxəssislərin fikrincə, qeyri-adi dizaynına görə bu kompüter bazara çıxa bilməyəcək. "Apple mühəndislərin ağlına gələn demək olar ki, hər bir şeyi patentləşdirir”, – ekspertlər qeyd edirlər.

Xatırladaq ki, fevral ayında şirkət yeni "ucuz iPhone” un istehsalına başlamağı planlaşdırır.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR