“Apple” şirkətinin baş dizayneri istefaya gedir

“Apple” şirkətinin baş dizayneri istefaya gedir

"Apple” şirkətinin dizayn üzrə direktoru Conatan Ayv bu ilin sonuna qədər vəzifəsindən ayrılacaq. O, müştəriləri sırasında "Apple”ın olacağı özünün müstəqil dizayn şirkətini yaratmaq niyyətindədir.

Bu barədə şirkətin yaydığı press-relizdə deyilir.

"Apple”dan bildiriblər ki, bir sıra layihələr üzrə C.Ayv ilə sıx əməkdaşlığı davam etdirəcəklər.

C.Ayv 1991-ci ildən "Apple”da işləyir. Onun rəhbərliyi altında "Apple”ın bütün məşhur məhsulları – "iMac”, "MacBook”, "iPod”, "iPhone” və "iPad” istehsal olunub. O, 2015-ci ildə xüsusi olaraq onun üçün yaradılmış yeni dizayn üzrə direktor vəzifəsinə keçib. 

Kommersant

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR