"Apple"ın dəyəri yenidən 1 trilyon dolları ötdü

Yaxın günlərdə "iPhone 11" seriyasını və "Apple Watch"un yeni modelini tanıdan "Apple"ın bazar dəyəri yenidən 1 trilyon dolları ötüb.

Dünən "Apple"ın səhmləri birjada 3%-dən çox bahalaşaraq 223,59 dollara çatıb. Bununla da şirkətin bazar dəyəri 1,01 trilyon dollar olub.

Qeyd edək ki, "Apple" 1 trilyon dollarlıq bazar dəyərinə ilk dəfə ötən ilin avqust ayında çatmış, lakin sonra yenidən aşağı düşmüşdü.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR