“Apple”ın əməliyyat sistemində boşluq aşkar edildi - TƏHLÜKƏ

“Apple”ın əməliyyat sistemində boşluq aşkar edildi - TƏHLÜKƏ

"MacOS” əməliyyat sistemi istifadəçilərinin məxfilik problemi haqqında məlumat yayılıb. Məlum olub ki, daxili poçt kliyenti şifrlənmiş məktubları "snippets.db” verilənlər bazasında yerləşdirilmiş sadə mətn kimi saxlayır.

Bu problem haqqında informasiya təhlükəsizliyi üzrə mütəxəssis Bob Qendler məlumat verib. O, bu barədə hələ 2019-cu ilin iyulunda "Apple” şirkətinə xəbərdarlıq etmişdi, amma şirkət ancaq bir neçə ay sonra reaksiya verib.

Qendlerin sözlərinə görə, istifadəçi "Apple Mail” proqramını şifrlənmiş məktubların göndərilməsi və qəbulu üçün konfiqurasiya etsə də, "Siri” səs köməkçisi məktubların yalnız şifrlənməmiş versiyalarını toplayacaq və onları "snippets.db” faylında saxlayacaq. Sözügedən problem "macOS” sisteminin bütün versiyalarına aiddir.

"Əslində bu, çox ciddi problemdir. Hökumət, korporasiyalar və sadə istifadəçilər hesab edirlər ki, onların məktubları şifrlənib və qorunub, açıq şəkildə saxlanılan məlumatlar sürpriz olacaq” – mütəxəssis deyib.

"Apple” korporasiyasının rəsmiləri əmin ediblər ki, aşkar edilmiş boşluq "macOS” əməliyyat sisteminin növbəti yeniləmələrindən birində aradan qaldırılacaq. /İctnews

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR