“Aqrolizinq”in rəhbərliyi Şamaxıda görüş keçirib - FOTOLAR
03 Dekabr, 11:41   |    Baxış sayı: 14

“Aqrolizinq”in rəhbərliyi Şamaxıda görüş keçirib - FOTOLAR

Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir.
 
EkoNews xəbər verir ki, "Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçiləri bu layihə çərçivəsində Şamaxı rayonunda sakinlərlə görüş keçiriblər. Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin inzibati binasında keçiriləcək görüşdə Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir və Qobustan rayonlarının sakinləri iştirak ediblər.

Görüşdə vətəndaşlara "Aqrolizinq”in fəaliyyəti, xidmətlər, lizinq qaydaları barədə maarifləndirici məlumatlar verilib, vətəndaşların qaldırdığı məsələlərə münasibət bildirilib. İnformasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov elektronlaşma ilə bağlı təqdimatla çıxış edib. Vətəndaşlar artıq mobil applikasiya üzərindən sifarişlərin veirlməsi imkanlarının yaradılmasını məmnuniyyətlə qarsalayıblar.

Görüşdən sonra 20-yə yaxın vətəndaşa güzəşt müqaviləsi təqdim olunub.