Aran iqtisadi rayonunda verilən kreditlərin məbləği açıqlandı

Aran iqtisadi rayonunda verilən kreditlərin məbləği açıqlandı

Özəl sektorun iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu dəstək tədbirlərindən biri də sahibkarların dövlətin güzəştli kreditləri ilə təminatıdır. Bu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 130 milyon manatadək güzəştli kredit verilib.

EkoNews-un məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Saatlıda sahibkarlarla keçirilən işgüzar forumda deyib.

Nazir müavini bildirib ki, işgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,4 milyon manatadək güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox iş yerinin açılması mümkün olacaq. /Trend

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR