Argentinanın keçmiş prezidenti vəfat etdi

Argentinanın keçmiş prezidenti vəfat etdi

Argentinanın keçmiş prezidenti Fernando de la Rua 81 yaşında vəfat edib.

EkoNews xarici mediaya istinadən xəbər verir ki, sabiq dövlət başçısı iyulun 9-da vəfat edib. 

Qeyd edək ki, Fernando de la Rua 1937-ci il sentyabrın 15-də doğulub. 

O, 1999-2001-ci illərdə Argentinanın prezidenti olub. 2001-ci ildə ölkədə iqtisadi böhranla əlaqədar keçirilən etiraz aksiyalarının tələbi ilə istefa verib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR