Maaş artımı büdcədə kəsrə səbəb olacaq: nələr dəyişəcək? (ŞƏRH)

Maaş artımı büdcədə kəsrə səbəb olacaq: nələr dəyişəcək? (ŞƏRH)

Prezident İlham Əliyevin minimum əmək haqlarının və dövlət sektorunda çalışan işçilərin əmək haqqlarının artırılması barədə sərəncamı həmdə dövlət büdcəsinin yükünün artmasın deməkdir.


Bu gün dünyada neftin qiyməti sabit olmadığı halda böyük hissəsi neftdən gələr gəlirlərlə maliyyələşən büdcədə kəsr yaranacaqmı, bu kəsr ölkə iqtisadiyyatına necə təsir edəcək, dövlət problemlərin yaranmaması üçün hansı tədbirlər görməlidir?

 

EkoNews bu sualları iqtisadçı ekspert Natiq Cəfərli ilə müzakirə edib.

 


 

Ekspert yanvarın 1-dən bu günə qədər sosial sahədə atılan addımların xərclərinin ödənilməsinə görə, əslində son iki ildə ilk dəfə olaraq may ayında Azərbaycanda 455 milyona yaxın büdcə kəsri yarandığını deyib:


"Yanvarın 1-dən minimum əmək haqqı 180 manat qaldırıldı, sosial müavinətlər və maaşlarda müəyyən artım oldu. May ayının sonuna olan məlumata görə bunlar büdcədə kəsrin yaranmasına səbəb olub. Bu son iki ildə 455 milyona yaxın kəsrə gətirib çıxarıb. Həmişə belə olmurdu. Çünki neft qiymətlərində həm sabitlik, həm də artım var idi. Hətda Azərbaycan nefti ötən il 86 dollara qədər qalxmışdı ki, bu da ölkəmizin gəlirlərinin artması baxımından  çox konfortlu qiymət idi. İndi isə neft qiymətləri sabit deyil, tez-tez dəyişir və əsasən geosiyasi hərbi gərginliklərə bağlıdır. İqtisadi amillərə qalsa, neft qiymətləri 50 dollardan artıq olmazdı. Hərbi-siyasi amillər aradan qalxdıqca, neft qiymətlərinin enməsi müşahidə olunacaq. Bir çox beynəlxalq nüfuzlu analitiklərin fikirləri ondan ibarətdir ki, bu ilin sonu, gələn ilin əvəəlində neft qiymətlərində təxminən 10 dollara yaxın enmə müşahidə oluna bilər. Bəzi ölkələrdə bununla bağlı ssenarilər müzakirəyə çıxarılıb. Hətda Rusiya 30 dolları belə müzakirəyə çıxararaq komisiya yaradıb. Rusiya Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi Və Maliyyə Nazirliyindən ibarət birgə komisiya çalışır ki, neft 30 dollara düşsə, ölkə iqtisadiyyatında hansı şoklar yaşana bilər və bunların qarşısını necə almaq olar.

 

Azərbaycan büdcəsinin 65%-i neftdən asılıdır, yəni 50% birbaşa Neft Fondundan köçürülür, 15% isə neft şirkətlərindən vergilər şəklində daxil olur. Büdcəsinin 65% neftdən asılı olan ölkədə təbii ki, neft qiymətləri ən vacib amilə çevrilir. Sosial xərclərin artması təbii ki, sevindiricidir. Maaşlar, təqaüdlər, sosial müavinətlər artmalıdır ki, vəziyyət yaxşılaşsın. Artımlar yaxşı addım sayıldığı üçün təbii ki, alqışlanmalıdır. Amma bununla paralel olaraq struktur islahatları da tam yerinə oturmadı, istehsal sahələri, istehsalın həcmi artmadı deyə infilyasiyanı yarada biləcək səbəbələrdən biri olacaq və büdcənin formalaşmasında da ciddi problemlərlə qarşılaşma ola bilər.

 

Azərbaycanda büdcənin artırılmasının yeganə yolu təssüf ki, Neft Fondudur. Həm büdcə kəsrinin bağlanması üçün, həmdə əlavə ödənişlərə mənbə olsun deyə Neft Fondundan daha çox vəsait götürülməlidir və ya hökumət manatın məzənnəsində müəyyən dəyişikliyə getməyə məcbur olacaq ki, o ödənişlərin manat ekvivalentində büdcə formalaşmasında öz yerini tapsın. Əslində Azərbaycan iqtisadiyyatı üçün çox qəliz bir situasiya yaranır. Əgər doğurdan da gözlənildiyi kimi, neftin qiyməti 50 dollar və daha da aşağı düşsə, ölkə iqtisadiyyatında ciddi böhran dalğalarının yaranması ehtimalı yüksəlir. Neftin qiyməti hər hansı bir səbəbdən yenidən 75-80 dolara qalxsa, əvvəlki kəsri də bağlamaq olacaq. Çox böyük artım olmasa, büdcədə yaranan kəsr artacaq və bunun bağlanması Neft Fondundan və ya böyük özəlləşmə hesabına mümkün olacaq. Bildiyim qədəri ilə də Azərbaycan hökümətinin böyük özəlləşmə proqramı yoxdur. Əgər neftin qiyməti sentyabra qədər 60 dollardan aşağı düşsə, həmin vaxt kəskin olmasa da, 15-20%-lik bir devalvasiya olma ehtimalı var".

 

Günay İlqarqızı

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR