Artıq havanı metal ağaclar təmizləcəyək - Biri 50 min dollara başa gəlir

Artıq havanı metal ağaclar təmizləcəyək - Biri 50 min dollara başa gəlir

4 metr hündürlüyü olan və havanı təmizləyən metal ağaclar sürətlə populyarlaşır.

Belə ağaclardan biri Meksikanın hava çirkliliyindən ən çox əziyyət çəkən şəhərlərindən olan Pueblaya yerləşdirilib.

"Biourban" adlandırılan bu metal ağac təbii ağaclar kimi ilin 365 günü fotosintez prosesini yerinə yetirir. 50 min dollara satılan "Biourban"ların hər birinin 368 ağaca bərabər olduğu bildirilir.

Qeyd edək ki, Kolumbiya və Panama ilə yanaşı Türkiyədə də bu metal ağaclardan 2 ədəd var. 

Hava çirkliliyinin qarşısını almaq məqsədilə gələcəkdə bütün böyük şəhərlərə metal ağaclar yerləşdiriləcəyi bildirilir.
 
Yenisabah

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR