Assosiasiya sədri: “Şərab ixracında Rusiya bazarından asılılığı aradan qaldırmaq istəyirik

Assosiasiya sədri: “Şərab ixracında Rusiya bazarından asılılığı aradan qaldırmaq istəyirik"

"Azərbaycan istehsalı olan şərabların 85%-i Rusiyaya ixrac olunur, bu isə qorxulu rəqəmdir". 

EkoNews xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.

"Ötən il Rusiyaya 5 milyon şüşə şərab satılıb. Qonşu ölkənin bazarından bu qədər asılılıq narahatlıq doğurur. Son 2 ildə bu asılılığın aradan qaldırılması istiqamətində işlər aparılıb. Bir sıra ölkələrdə ticarət və şərab evləri açılıb. Bir sözlə, şərab ixracında coğrafiyamızı genişləndirmək və Rusiya bazarından asılılığı aradan qaldırmaq istəyirik”, - o qeyd edib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR