Avropa İttifaqı Azərbaycanda bu sahəyə 3 mln. avro ayırır

Avropa İttifaqı Azərbaycanda bu sahəyə 3 mln. avro ayırır

Avropa İttifaqı  Azərbaycanda sosial cəhətdən həsdas uşaq və gənclərin hüquqlarının müdafiəsinə yönəlmiş yeni layihəni  maliyyələşdirəcək. Fins.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən məlumat verilib. "Aİ UNICEF ilə birgə həyata keçirilən bu layihəyə 3 mln. avro ayırır", – deyə məlumatda bildirilir.

Layihə sosial cəhətdən həssas vəziyyətdə olan uşaqlara maksimum dərəcədə dəstək göstərilməsi üçün dövlət və özəl təşkilatların birgə fəaliyyətini nəzərdə tutur.

Bu proses, həmçinin bir neçə sektorda milli standartların yaradılmasına, vətəndaş cəmiyyətinin texniki və inzibati potensialının möhkəmləndirilməsinə, habelə ucuz xidmət və proqramların modelinin hazırlanmasına kömək edəcək.
 
Fins.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR