İngiltərə hökuməti çərşənbə axşamı havanın çirklənməsi və qalıq yanacaq tullantılarının azaldılması üçün 2035-ci ildən gec olmayaraq benzin, dizel və hibrid nəqliyyat vasitələrinin satışına qadağa qoyulacağını elan edib.
EkoNews xəbər verir ki, ilk dəfə həm elektrik, həm də benzinlə işləyən hibrid nəqliyyat vasitələrini də yasaq siyahısına daxil edən London rəhbərliyi infrastrukturunun hazır olacağı təqdirdə yasaq tarixinin daha da irəli çəkiləcəyini bildirib.
"Bir ölkə olaraq, bir cəmiyyət olaraq, bir planet olaraq, bir canlı olaraq hərəkət etməli olduğumuzu bilirik", - bu sözləri Baş nazir Boris Conson Birləşmiş Millətlər Təşkilatının noyabrda Şotlandiya Qlazqi şəhərində keçiriləcəyi planlaşdırılan İqlim Dəyişikliyi Konfransının (COP26) tanıtım toplandısıtnda deyib.
"Euronwes”un verdiyi xəbərə görə, Böyük Britaniya 2019-cu ildə istixana qazı tullantılarının emissiyasını 2050-ci ilə qədər sıfıra endirmək öhdəliyi götürüb.
İngiltərə Mühərrik İstehsalçıları və Ticarətçiləri Assosiasiyasının məlumatına görə, 2018-2019 arasında elektrikli nəqliyyat vasitələrinin sayı 144 faiz artıb.
Bəs digər avropa ölkələrində məsələyə münasibət necədir?
Merkel: 2030-cu ilə qədər Almaniyada 1 milyon elektrikli vasitə şarj cihazı olmalıdır.
AB 2030-cu ilədək karbon tullantılarının atılmasını 40 faiz azaltmağı hədəfləyir.
Dünyanın ondan çox ölkəsi 10-12 il ərzində benzin və dizel avtomobili satışını azaltmağı planlaşdırdıqlarını açıqlayıb.
Fransa 2040-cı ilədək qalıcı yanacaqla işləyən nəqliyyat vasitələrinin satışına qadağa qoymağı və bütün dizel avtomobillərini yollardan kənarlaşdırmağı planlaşdırır.
Norveç Parlamenti 2025-ci ilə qədər bütün nəqliyyat vasitələrinin sıfır tullantılara sahib olacağı bir hədəf təyin edib.
Danimarka hökuməti 2018-ci ilin oktyabrında bütün qalıq yanacaqlı nəqliyyat vasitələrinin satışının 2030-cu ilə qədər bitəcəyini açıqlayıb. Ancaq qərar AB qanunlarına zidd olduğu üçün rədd edilib. Kopenhagen hökuməti iddia edir ki, AB səviyyəsində qadağa qüvvəyə minməzsə, üzv dövlətlər öz tədbirlərini görməlidirlər.