Avropada ən çox maaş alan 10 futbolçu – SİYAHI

Avropada ən çox maaş alan 10 futbolçu – SİYAHI

Avropanın "Böyük beşlik” çempionatlarında ən çox maaş alan 10 futbolçunun adı açıqlanıb.
Siyahını Fransanın "L’Équipe” qəzeti hazırlayıb.

Qəzetin araşdırmasına görə, ən çox qazanan "Barselona”nın futbolçusu Lionel Messidi. Argentinalı ulduzu "Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo izləyir. İlk "üçlüy”ü "Atletiko”dan forvardı Antoine Qrizmann qapayır.

1. Lionel Messi ("Barselona”, İspaniya) – 8,3 milyon avro (aylıq)
2. Kriştiano Ronalou ("Yuventus”, İtaliya) – 4,7 milyon avro
3. Antoine Qrizman ("Atletiko”, İspaniya) – 3,3 milyon avro
4. Neymar (PSJ, Fransa) – 3,06 milyon avro
5. Luis Suarez ("Barselona”, İspaniya) – 2,9 milyon avro
6. Qaret Beyl ("Real Madrid”, İspaniya) – 2,5 milyon avro
7. Filippe Koutinyo ("Barselona”, İspaniya) – 2,3 milyon avro
8. Aleksis Sançes ("Mançester Yunayted”, İngiltərə) – 2,28 milyon avro
9. Kilian Mbappe – (PSJ, Fransa) – 1,73 milyon avro
10. Mesut Özil ("Arsenal”, İngiltərə) – 1,6 milyon avro

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR