Avstraliyanın aviasiya şirkəti 19 saatlıq uçuş həyata keçirəcək

Avstraliyanın aviasiya şirkəti 19 saatlıq uçuş həyata keçirəcək

Avstraliyanın "Qantas Hava Yolları” şirkəti aviasiya tarixində ən uzun kommersiya uçuşunun sınaqlarına başlayıb. 

EkoNews bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, aviaşirkətə məxsus "Boeing 787-9 Dreamliner” markalı sərnişin təyyarəsi Böyük Britaniyanın paytaxtı Londondan Avstraliyanın Sidney şəhərinə 19 saatlıq uçuş həyata keçirəcək. Hitrou Beynəlxalq Hava Limanından qalxacaq avialayner 100 ton yanacaqla, 17 800 km yol gedəcək və 50 sərnişin daşıyacaq. 4 pilotun həyata keçirəcəyi uçuşda Avropa ölkələrinin, Rusiya, Qazaxıstan və Çinin hava məkanından istifadə olunacaq. 

Səyahət zamanı mütəxəssislər uçuşun pilotlar və təyyarə bələdçilərinə, eləcə də sərnişinlərə təsirini müşahidə edəcəklər. Təyyarənin istehsalçısı olan ABŞ-ın "Boeing” şirkəti isə uçuş barədə əldə olunacaq məlumatları təhlil edəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR