Avtomobil idxalı

Avtomobil idxalı "yüksək sürətlə" davam edir

2019-cu ilin Yanvar- İyun ayları ərzində Azərbaycana 18 min 740 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub.

EkoNews-a Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin Yanvar-İyun dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Ötən ilin Yanvar-İyun  dövründə ölkəmizə 9 min 588 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyun ayında isə 3 min 155 ədəd nəqliyyat vasitəsi idxal edilib.  

O cümlədən, 2019-cu ilin Yanvar-İyun aylarında 16 min 965 ədəd minik avtomobili, 101 ədəd avtobus, 1 593 ədəd yük avtomobili və 81 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-İyun dövründə 8 min 485 ədəd minik avtomobili, 60 ədəd avtobus, 978 ədəd yük avtomobili və 65 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR