Bakıda avtomobil parkı çökdü (VİDEO)

Bakıda avtomobil parkı çökdü (VİDEO)

Sentyabrın 23-də Bakıya yağan güclü yağış nəticəsində "AccesBank"la "Həyat Regency" hotelinin arasında yerləşən avtomobil parkında çöküntü baş verib.

EkoNews xəbər verir ki, divarın çökməsi nəticəsində 2-si "AccesBank"a məxsus olmaqla ümumilikdə 4 maşına ziyan dəyib. Bankın balansında olan avtomobillərin KASKO sığortasl olub.

Ərazinin "AccesBank"a məxsus olduğu iddia edilsə də, bank bunu təkzib edib. 

"AccesBank"ın mətbuat xidmətindən EkoNews-a verilən məlumata görə, hələ ki, həmin avtomobil parkının bankın, yoxsa "Həyat Regency"in ərazisinə məxsus olması araşdırılır.
 
"Həmin ərazini "Həyat Regency" hotelinə, yaxud bankın ərazisinə daxil olması hazırda araşdırılır. Bizdə bu ərazinin banka məxsus olması haqqında hələ ki, heç bir informasiya yoxdur. Araşdırmadan sonra avtomobil parkının hansı şirkətin ərazisinə düşdüyü məlum olacaq və müəyyən tədbir də yəqin ki, bundan sonra görüləcək".
 
Fariz Əzimov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR