Azərbaycan Gürüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb

Azərbaycan Gürüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 10 788 ədəd avtomobil idxal edib.

EkoNews "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabat dövründə qonşu ölkədən idxal olunan minik avtomobillərinin ümumi dəyəri 115 mln. 247,1 min dollar təşkil edib.

Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı illik müqayisədə 6 039 ədəd və ya 2,27 dəfə çoxdur.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 83 mln. 973,2 min dollar dəyərində 4 749 ədəd avtomobil alıb. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR