Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edildi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edildi

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

Ekonews.az "report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. 

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR