Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında böyük artım

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında böyük artım

2019-cu ilin Oktyabr ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 110,6 milyon dollar artaraq 31 Oktyabr 2019-cu il tarixində 6 milyard 144,7 milyon dollar çatıb.

EkoNews Mərkəzi Banka istinadən xəbər verir ki, Sentyabrın sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 34,1 milyon dollar təşkil etmişdi.

Ötən ilin sonu ilə müqayisədə (10 ay ərzində) Mərkəzi Bankın valyuta ehtiyatları 763.5 milyon dollar artıb.
Bir müddət öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, Mərkəzi Bank bazardan valyuta alışı həyata keçirib.   

2019-cu il, milyon dollar ilə


Tarix                 Dəyər
31/10/2019    6144.7
30/09/2019    6034.1
30/08/2019    6004.3
31/07/2019    5962.8
28/06/2019    5939.4
31/05/2019    5870.9
30/04/2019    5789.0
29/03/2019    5778.6
28/02/2019    5761.9
31/01/2019    5655.9
29/12/2018    5625.7

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR