Azərbaycanda bu ilin yanvar-avqust aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 683,0 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 30,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında 24,4% artıb, əczaçılıq məhsullarının istehsalında isə 9,8% azalıb.
EkoNews Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən dövr ərzində əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 81,9%, propilen istehsalı 62,7%, etilen istehsalı 16,4%, yod istehsalı 5,6%, polietilen istehsalı 3,1% artıb.
Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri
|
2019-cu ilin yanvar-avqust aylarında istehsal edilib
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %
|
Azot, min kub metr |
15 218,7 |
94,6 |
ondan əmtəəlik |
696 |
44,8 |
Yod, ton |
127,2 |
105,6 |
Oksigen, min kub m |
2 280,7 |
67,1 |
ondan əmtəəlik |
2 237,9 |
68,6 |
Propilen, min ton |
67,7 |
162,7 |
ondan əmtəəlik |
67,5 |
192,6 |
Polietilen, min ton |
76,7 |
103,1 |
Etilen, min ton |
89,2 |
116,4 |
Metanol (metil spirti), min ton |
277,4 |
3,2 d. |
Lak-boya məmulatları, ton |
15 654,9 |
181,9 |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
16 710,8 |
155,7 |