Azərbaycan neft ixracını 17% artırıb

Azərbaycan neft ixracını 17% artırıb

Bu ilin I yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 15 833 150,78 ton xam neft və bitumlu minerallardan hazırlanan xam neft məhsulları ixrac edib.

Bu həcmdə məhsulun dəyəri 7 671 234,27 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 76,87% olub.

Bu ilin I yarısında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 16,7%, dəyəri isə 10% çoxdur.
 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR