Azərbaycan neftçiləri qanvermə aksiyasına qoşuldu (FOTOLAR)

Azərbaycan neftçiləri qanvermə aksiyasına qoşuldu (FOTOLAR)

Ölkənin ictimai həyatında daim fəallıq göstərmiş Azərbaycan neftçiləri bu gün də koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərdə yaxından iştirak edir, birlik və həmrəylik nümayiş etdirirlər. 

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdəki irsi qan xəstələrinin, o cümlədən qan ehtiyacı olan insanların probleminin həlli üçün qanvermə kampaniyası keçirilməsi haqqında təşəbbüsünə qoşulan SOCAR-da 100 nəfərə yaxın donor neftçi aprelin 20-də qan verib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tibb personalının iştirakı ilə şirkətin "Neftqaztikinti” Trestində keçirilmiş aksiyanın davam etdirilməsi nəzərdə tutulur. Növbəti günlərdə bu nəcib aksiyaya SOCAR-ın digər bölmələrinin əməkçiləri də qoşulacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondu 2005-ci ildən "Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. SOCAR 2009-cu ildən bu xeyirxah təşəbbüsə dəstək verir. 2015-2019-cu illərdə şirkətin bütün idarələrinin iştirak etdiyi aksiyalarda 11 min nəfərdən artıq neftçi donorluq edib. Ötən ilin noyabrından başlamış növbəti qanvermə aksiyasına isə bu günədək 1000-dən çox neftçi həmkarımız qoşulub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR