Azərbaycan nümayəndələri Dünya Bankının iclasında iştirak ediblər
23 Mart, 10:55   |    Baxış sayı: 46

Azərbaycan nümayəndələri Dünya Bankının iclasında iştirak ediblər

Daşkənddə Özbəkistan Maliyyə Nazirliyi və Dünya Bankının təşkil etdiyi dövlət maliyyəsinin idarə olunmasının (REMPAL) qarşılıqlı öyrənilməsi və təcrübə mübadiləsi üzrə büdcə məsələləri ilə bağlı növbəti iclas keçirilib.

Tədbirdə 20 ölkədən 60-dan artıq maliyyə eksperti və mütəxəssis iştirak edib.

Tədbiri Özbəkistan Baş nazirinin müavini, maliyyə naziri Cəmşid Kuçkarov açaraq ölkədə dövlət büdcəsinin idarə olunması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.

Dünya Bankının Özbəkistan nümayəndəliyinin rəhbəri Xideki Mori Avropa Mərkəzi Asiya regionlarında dövlət maliyyəsinin idarə olunması sahəsində görülən işlərdən və əldə olunan uğurlardan danışıb.

Məruzələrdə iştirakçı dövlətlərdə büdcə siyasəti, dövlət maliyyəsinin idarə edilməsi və qarşılıqlı öyrənilməsi sahəsində görülən işlər haqqında məlumat veriblər.

İclasda ölkəmizi Maliyyə Nazirliyinin büdcə şöbəsinin rəisi Fazil Fərəcov və büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin müdiri Əmin Muradov iştirak ediblər. //AzərTac