Azərbaycan Rusiyadan dəmir yolu vaqonunun birini neçəyə alır?

Azərbaycan Rusiyadan dəmir yolu vaqonunun birini neçəyə alır?

Azərbaycan Rusiyadan dəmir yolu vaqonunun birini 1 milyon 357 min dollara alır. 

Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarət əməliyyatları ilə bağlı yarım illik hesabatına istinadən Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cəmi ilk yarım ildə Rusiya Azərbaycana 10 xarici elektrik enerjisi mənbəyi ilə işləyən mühərrikli dəmiryolu sərnişin vaqonu satıb. Maraqlıdır ki, 2018-ci ildə Azərbaycan Rusiyadan eyni sinifdən olan bir o qədər vaqonu daha yüksək qiymətə alıb: birini 1 milyon 457 min dollara.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR