Azərbaycan Rusiyanın homopolimer idxalında liderdir

Azərbaycan Rusiyanın homopolimer idxalında liderdir

Azərbaycanın "SOCAR Polymer” şirkətinin istehsal etdiyi polipropilen homopolimer Rusiyanın bu məhsul idxalında ilk sıradadır.

Ekonews xəbər verir ki, aprel ayında Rusiyanın polipropilen homopolimer idxalında "SOCAR Polymer”in payı 61%, 2020-ci ilin əvvəlindən isə 42% təşkil edib.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb. İlkin olaraq məhsul Türkiyə bazarına ixrac olunub. 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR